
“Son oyunlarda yaxşı nəticələr qazanmaq istəyirik” - Azər Bağırov
- 11 May 2025 21:00
- 49
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Sumqayıt”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov hər iki hissənin hamının xoşuna gəldiyinə inandığını deyib:
“İnanıram ki, hər iki hissə hamının xoşuna gəldi. Baxmayaraq ki, Premyer Liqada qalmağı təmin etmişik, dünən axşam da, bu gün də danışığımız olmuşdu ki, hər bir oyun “Kəpəz” futbolçularının həyatında bir səhifədir. Və biz bu oyunlarda maksimum yaxşı çıxış edib, yaxşı nəticələr qazanmaq istəyirik. Sağ olsun uşaqlar da, yaxşı mübarizə apardılar. “Kəpəz” camiəsini təbrik edirəm”.