Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun başı doğurdan da bəlalı oldu.

Rekord.az xəbər verir ki, yenidən qurulan arenanın tikintisi 7 aydır ki, başa çatsa da, hələ də açılış olmayıb.

Bundan başqa, istifadəsiz qalan stadionu saxlamaq da çətinləşib. Stadion hazırda gənclər və idman idarəsinin balansındadır. Bu qurumun isə arena saxlamağa vəsaiti yoxdur. Heç şəhər icra hakimiyyəti də stadionun saxlanılması üçün tələb olunan vəsaiti ayırmaq iqtdarında deyil. Saytımızın əldə etdiyi məlumata görə, "Mehdi Hüseynzadə"nin 1 aylıq xərci təxminən 42 min manata yaxındı. Nəzərə alaq ki, yuxarıda da qeyd etdiyimiz kimi, stadion hələ də fəaliyyət göstərmir və özünün qismən də olsa, özünü maliyyələşdirmək imkanı da yoxdur. Saytımıza daxil olan başqa bir məlumata görə, şəhər rəhbərliyi arenanı uzun müddətə SOCAR-a icarəyə vermək fikirində olub. Çünki bu qurumun Sumqayıtda da bir sıra zavodları var. Lakin şəhər rəhbərliyinin bu istəyi alınmayıb. Belə ki, SOCAR-ın Sumqayıtdakı əksər zavodlarını türk şirkətləri alıb. Onlar isə birmənalı şəkildə bildiriblər ki, sosal layihələrə pul xərcləmək fikirləri yoxdur. Şəhər rəhbərliyi vəziyyətdən çıxış yolları arayır.