14 aprel 2023-cü il tarixdə saat 15:00-da şəhər 3 saylı tam orta məktəbin idman zalında Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sağlam həyat” layihəsi çərçivəsində 14 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında stolüstü tennis üzrə rayon birinciliyi keçiriləcəkdir.

Rekord.az xəbər verir ki, yarışda iştirak etmək istəyənlər yarışın keçiriləcəyi gün saat 14:30-dan etibarən şəhər 3 saylı tam orta məktəbdə qeydiyyatdan keçməlidir.

Yarışın keçiriləcəyi tarix: 14 aprel

Yarışın keçiriləcəyi yer: şəhər 3 saylı tam orta məktəb

Qeydiyyat: 14:30-dan etibarən

İştirakçıların yaş həddi: 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar