Siyəzən şəhər 3 nömrəli tam orta məktəbdə “İdman hamı üçün” layihəsi çərçivəsində açıq havada “Stolüstü tennis hamı üçün” idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbir stolüstü tennis idman növünə uşaq və yeniyetmələrin marağının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb.

Sonda yaxşı nəticə göstərənlərə diplomlar verilib.