"Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə ağır itki üz verib.

Rekord.az Madrid təmsilçisinin saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssisin atası Karlos Simeone 80 yaşında dünyasını dəyişib. Klub rəsmi saytı vasitəsi ilə baş məşqçiyə başsağlığı verib.

Qeyd edək ki, Simeone 2011-ci ildən Madrid təmsilçisini çalışdırır.