Serbiya yığmasının qapıçısı Marko Dmitroviç yayda "Eybar"dan "Sevilya"ya keçəcək.

Rekord.az xəbər verir ki, 28 yaşlı qolkiperin müqaviləsi iyunda başa çatacaq.

FIFA qaydalarına əsasən, o, yanvardan istənilən klubla danışıqlar apara bilər. Artıq "Sevilya" serbiyalı qapıçı ilə ilkin razılığa gəlib.

Dmitroviç "Eybar"da 2017-ci ildən forma geyinir. Bu mövsüm Dmitroviç La Liqada cəmi 18 oyuna çıxıb. Yığmada isə o, 16 matçda çıxış edib.

Serbiya DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.