
Səudiyyə Ərəbistanına getmək istəmir?
- 10 İyn 2023 21:00
- 356
"Yuventus"un baş məşqçisi Massimiliano Allegri Səudiyyə Ərəbistanından təklif alıb.
Rekord.az La Gazzetta dello Sport-a istinadla xəbər verir ki, konkret olaraq "Əl-Hilal" və "Əl-Nəsr" onun xidmətində maraqlıdır.
Deyilənə görə, sözügedən klublar italiyalıya ilinə 20 milyon maaş verməyə hazırdı. Lakin Alleqri özü ilk növbədə Avropada işləmək istədiyi üçün ərəblərə "hə" deməyə tələsmir.