Sərxan Əliyev də DÇ-də bürünc medalla kifayətləndi
- 2021-11-04 23:23
- 548
Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, komandamızın aktivinə ikinci bürünc mükafatı Sərxan Əliyev (71 kq) əlavə edib.
İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından Əliyev bürünc medalla kifayətlənib.
Ondan öncə Məhəmməd Abdullayev də mundialı 3-cü pillədə başa vurub. +92 kq çəki dərəcəsində mübarizə aparan “Baku Fight Lab”ın üzvü Yonas Yazeviçius (Litva), Vladan Babiç (Serbiya) və Narenderin (Hindistan) ardınca Davit Çaloyanla (Ermənistan) qarşılaşıb. Yarımfinal görüşündə rəqib üstün olduğundan Məhəmməd dünya çempionatını 3-cü pillədə başa vurub.
Qeyd edək ki, sabah millimizin boksçusu Alfonso Dominqes (86 kq) final görüşünə çıxacaq. O, braziliyalı Keno Maçadonu sınağa çəkəcək.