
Şərurda şəhidlərimizin xatirəsinə həsr olunan futbol yarışı
- 15 İyn 2023 13:20
- 360
Şərurda kəndlər arasında futbol üzrə rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, şəhidlərimizin xatirəsinə həsr olunan yarışda 10 komanda iştirak edib.
Aralıq kənd stadionunda rellaşan birinciliyin məqsədi rayonda futbol idman növünü inkişaf etdirmək, bu növdə kütləviliyə nail olmaq və gənclərə vətənpərvərlik aşılamaqdan ibarət olub. İlk üç yerə sahib çıxan komandalar kubok və diplomla mükafatlandırılıb.
Yekun sıralama:
1-ci yer - Çomaxtur kəndi
2-ci yer - Mahmudkənd
3-cü yer - Aralıq kəndi