Son turda "Səbail"ə də qalib gələ bilməyincə Sənan Qurbanovun "Keşlə"dəlki gələcəyi böyük sual altına düşdü.

Rekord.az xəbər verir ki, Qurbanova onsuz da rəhbərlik mövsümün sonuna kimi vaxt vermişdi.

Yalnız özünü doğurulda biləcəyi və komandanı avrokuboklara çıxaracağı halda onunla yeni müqavilə imzalanacaqdı. İndiki halda isə "Keşlə"nin vəziyyəti get-gedə pisləşir. Növbəti xal itkisi, və ya məğlubiyyət vəziyyəti daha da pisləşdirəcək. Əldə etdiyimiz məlumata görə, artıq rəhbərlik tərəfindən Qurbanova inam xeyli azalıb və komandanın onunla birlikdə perspektivi görünmür.