Göygöldə təlim-məşq toplanışını başa vuran "Şəmkir" komandası yeni mövsümə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Vüqar Nadirovun komandası Göygöl şəhər stadionunda yerli "Göygöl"lə qarşılaşıb.

Oyun "Şəmkir"in 2:1-lik qələbəsi ilə başa çatıb. Qolları Akif Tağıyev və İlkin Alıyev vurub.