
Şəmkirdə yeni yaranan komanda 6 legioner gətirdi
- 10 Sen 2022 12:00
- 819
Şəmkirdə yeni yaradılan "Qala" komandası yeni mövsümdən "Region Liqası"nda oynamağı düşünür.
Rekord.az xəbər verir ki, bununla bağlı AFFA-ya müraciət olunub və müsbət cavab alınıb.
Rusiyada fəaliyyət göstərən şəmkirli iş adamları tərəfindən maliyyələşdirilən və yerli Olimpiya Kompleksinin stadionunda hazırlıq keçən komanda artıq düşərgəsinə legionerlər də cəlb eləyib.
Qanadan olan 6 oyunçu hazırda baxışdadır.