“Şəmkir” Futbol Klubu "EM Group" şirkəti ilə əməkdaşlığa başlayır.


Rekord.az xəbər verir ki, fəaliyyəti mebel istehsalı olan və Bakı şəhərində yerləşən "EM Group" şirkəti “Şəmkir” Futbol Klubuna forma arxası sponsoru olub.


Klub və şirkət arasında rəsmi müqavilə imzalama mərasimi yaxın günlərdə baş tutacaq. Anlaşmaya əsasən komandanın rəsmi oyunlarında oyun formalarının arxa hissəsində "EM Group" şirkətinin loqosu əks olunacaq. Bundan başqa rəsmi oyunlar zamanı stadiona şirkətin loqosu olan bannerlər yerləşdiriləcək.