Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən uşaq və yeniyetmə idmançılar arasında stolüstü tennis idman növü üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə 35 nəfər idmançı iştirak edib. Yarışda uşaqlar arasından Hacıyev Abbas I yeri, yeniyetmə idmançılar arasından Zamanlı Elmin I yeri qazanıblar.