Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən uşaq və yeniyetmə idmançılar arasında stolüstü tennis üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, nümunəvi çıxışların keçirilməsində məqsəd idmançıların asudə vaxtlarının səmərəli təşkili və stolüstü tennis idman növünün inkişaf etdirilməsidir.

Şəmkir rayonu üzrə gənclər və idman sektorunun baş məsəhətçisi Əkbər Qasımov oyunun qaydaları barədə iştirakçılara məlumat verib və onlara uğurlar arzulayıb. Daha sonra yeniyetmə və gənclərin nümunəvi çıxışlarına baxılıb.