Şəmkirdə stolüstü tennis idman növü üzrə nümunəvi çıxışlar keçirilib
- 22 Dek 2023 20:00
- 729
Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində stolüstü tennis idman növü üzrə nümunəvi çıxışlar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əkbər Qasımov iştirak edib.Tədbirin keçirilməsində məqsəd stolüstü tennis idman növünün təbliği və iştirakçıların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.