Şəmkir Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş grappling üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun idman sahəsi üzrə baş məsləhətçisi Əkbər Qasımov və grappling idman növü üzrə məşqçi müəllim Anar Cavadbəyli iştirak edibdir.

Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Şəmkir rayon Gənclər və İdman sektorunun idman sahəsi üzrə baş məsləhətçisi Əkbər Qasımov çıxış edərək, yarış iştirakçılarını salamlayıb, yarış iştirakçılarına uğurlar arzulayıbdır.

Yarışda 45 nəfər olmaqla, 2006-2015-ci il təvəllüdlü idmançılar müxtəlif çəki dərəcələrində öz güclərini sınayıblar.