"Selta" ötən mövsümü icarə əsasında "Qalatasaray" və "Olimpiakos"da icarə əsasında keçirən Əmrə Mora klub axtarır.

Rekord.az xəbər verir ki, Viqo təmsilçisi hər iki klubda zəif performans göstərən futbolçudan birdəfəlik qurtulmaq istəyir.

La Liqa klubu türkiyəli vingeri gələn mövsüm üçün planlarında görmədiyi üçün onu satışa çıxardıb.

Əmrə hazırda komandanın hazırlığında yer almır və fərdi məşq edir. "Selta" 23 yaşlı futbolçunu 2017-ci ildə "Borussiya"dan 13 milyon avroya transfer etmişdi.