"Region Liqası"nda çıxış edən "Şəki" komandası AFFA-ya müraciət edib. Özü də artıq neçə müddətdir ki bu müraciət edilib.

Rekord.az xəbər verir ki şəkililər hazırda bərbad vəziyyətdə olan Şəki stadionu ilə bağlı müraciət ediblər.

Komandanın ev oyunlarını keçirdiyi arenanın qazonu bərbad vəziyyətdədir. "Şəki" komandası istəyir ki AFFA onları ya süni meydança ilə təmin etsin ya da yeni təbii örtüklü qazonun salınmasına kömək etsin. Lakin müraciət hələ ki cavabsızqalıb.