Şəkidə stolüstü tennis üzrə UGİM birinciliyi keçirilib
- 12 Yan 2024 12:21
- 323
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhər üzrə gənclər və idman sektorunun və Şəki şəhər Uşaq-Gənclər İdman məktəbinin birlikdə təşkilatçılığı ilə Şəki şəhər 12 saylı tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr edilmiş Stolüstü tennis idman növü üzrə UGİM birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışda müxtəlif yaş qruplarından olan 22 nəfər iştirak edib.
Sonda qalib olan iştirakçılar diplomlarla mükafatlandırılıb.