
Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- 14:00
- 35
Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Rekord.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutacaq sınaqda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə daxili yarışlarda iştirak üçün zəruridir. İmtahan oktyabrın 22-də Şəki Olimpiya İdman Kompleksində baş tutacaq.