Şəkidə Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə tennis çempionatı
- 22 Fev 2023 12:42
- 327
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Ümumtəhsil məktəbləri arasında Şəki şəhər 12 saylı tam orta məktəbin idman zalında stolüstü tennis üzrə şəhər birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, birincilikdə oğlanlar üzrə I yerə 12 saylı şəki şəhər tam orta məktəbin komandası, II yerə Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyin komandası, III yerə isə 14 saylı şəki şəhər tam orta məktəbin komandası layiq görülüb.
Qızlar üzrə I yerə 12 saylı şəki şəhər tam orta məktəbin komandası, II yerə 3 saylı şəki şəhər tam orta məktəbin komandası, III yerə isə 5 saylı şəki şəhər tam orta məktəbin komandası layiq görülüb. Qaliblər Şəki şəhər Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılıb.