
“Səhvləri minimuma endirməyə çalışacağıq” - Azər Bağırov
- 19:28
- 48
"Kəpəz"in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 7-ci turu çərçivəsində səfərdə "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:
"Qarabağ"la qarşılaşmağımıza baxmayaraq, uğursuz seriyaya son vermək istəyirdik. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Səhvləri minimuma endirmək üçün çalışmaq lazımdır. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram.
Azarkeşlərimiz, futbolçular, hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşasın. Nə bacarırıqsa, onu da edəcəyik. Əvvəlki oyunlara nisbətən bu gün daha çox emosiya və istək var idi. Bunu artırıb istəyimizə çatmaq istəyirik.
Məğlubiyyətlər futbolçularda psixoloji durumu aşağı salmışdı. Oyunçuların hər biri ilə ayrı-ayrılıqda danışmışıq, motivasiya vermişik. Bəlkə də bunun nəticəsidir.
Əslində, yoxlama oyunu keçirmək planımız var idi. Komandanın bütün oyunlarına baxmışıq. Həm fiziki durumla, həm də taktiki cəhətdən çox işimiz var. Yoxlama oyunu keçirməklə bağlı yaxın günlərdə qərar verəcəyik”.