"Şəfa"nın istədiyi, amma anlaşa bilmədiyi yerlilər
- 15:00
- 138
Premyer Liqaya vəsiqə qazanan "Şəfa" problemlə üzləşib.
Rekord.az xəbər verir ki, paytaxt klubu ilk növbədə yerli futbolçularla güclənmək istəsə də, hələ ki, bu istəyini reallaşdıra bilmir.
Buna səbəb isə həmin yerlilərin bəzilərinin klubdan gözləniləndən yüksək məbləğdə maaş istəməsidir. Təsadüfi deyil ki, məhz bundan sonra klub rəhbərliyi siyasətində dəyişiklik edərək legioner futbolçu almağa da qərar verib.
Qeyd edək ki, "Şəfa"nın maraqlandığı yerli futbolçular arasında Ramil Şeydayev, Rahil Məmmədov, Arsen Ağcabəyov, Rza Cəfərli kimi futbolçuların adı var.