1-ci Liqada 19-cu tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Şəfa” “Şahdağ Qusar”ı məğlub yola salıbsa, “Baku Sportinq” – “Mingəçevir” və “Səbail” – MOİK görüşlərində qalib müəyyənləşməyib.

1-ci Liqa
19-cu tur

18 mart

“Baku Sportinq” – “Mingəçevir” 1:1
Qollar: İlham Allahverdiyev, 8 - Kennet Kalunqa, 34.

“Şəfa” – “Şahdağ Qusar” 1:0
Qol: Emin Zamanov, 45.

“Səbail” – MOİK 2:2
Qollar: Ruslan Voronsov, 64. Qurban Səfərov, 86 – Seyxan Fərəcov, 19. Məzahir Məmmədzadə, 69.