Sədərək rayonunda Vətən müharibəsi şəhidləri Abdullazadə Tağı İlham oğlu və Allahverdiyev Babək Bəxtiyar oğlunun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib.

Rekord.az xəbər verir ki, öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ölkəmizin azadlığı və suverenliyi uğrunda həyatını fəda edən qəhrəmanlarımızın gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Yarışa fəxri qonaq qismində dəvət olunmuş şəhid yaxınları təşkilatçılığa görə təşəkkür ediblər.

Uşaq-gənclər şahmat məktəbində keçirilən yarışa 34 məktəbli qatılıb. İlk üç yerin sahiblərinə diplom və medal təqdim olunub.

 Nəticələr:

Oğlanlar 

1-ci yer: Anar İbrahimzadə

2-ci yer: Murad Muradov

3-cü yer: Sənan Rzalı

Qızlar 

1-ci yer: Güllü Əbilova

2-ci yer: Sevinc Həsənova

3-cü yer: Məryəm Vəliyeva