
Seçmə mərhələdə qonaqların günü
- 01:18
- 39
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Rekord.az xəbər verir ki, bu gün 8 qarşılaşma baş tutub.
A və E qruplarında ilk qarşılaşmalar keçirilib. Günə Qazaxıstanda start verilib. Qazaxıstan millisi Uelsə uduzub.
E qrupunda Türkiyə Gürcüstanın qonağı olub və çətin qələbəyə sevinib.
G qrupunda Litva və Malta milliləri üz-üzə gəliblər. Görüş 1:1 hesabı ilə başa çatıb. Qrupdakı digər oyunda Niderland Polşanın müqavimətini qıra bilməyib 1:1.
Günün maraqlı qarşılaşmalarından biri Bolqarıstanda olub. Burada son Avropa çempionu yerli yığmanı ciddi şəkildə məyus edib - 3:0.
Turun ən sensasiyalı nəticəsi isə Slovakiyada qeydə alınıb. E qrupunun oyununda Slovakiya Almaniyadan üstün olub - 2:0.
J qrupundakı Lixtenşeyn - Belçika görüşü gözlənildiyi kimi qonaqların qələbəsi ilə bitib - 6:0.
DÇ-2026-nın seçmə mərhələsi
4 sentyabr
A qrupu
Slovakiya – Almaniya 2:0
Qollar: Hansko, 42. Ştreleç, 55.
Lüksemburq – Şimali İrlandiya 1:3
Qollar: Dardari, 30 – Rid, 7. Çarlz, 46. Devenni, 69.
Xallar: Şimali İrlandiya - 3. Slovakiya – 3. Lüksemburq – 0. Almaniya – 0.
G qrupu
Litva – Malta 1:1
Qollar: Gineitis, 90+6-pen – Satariano, 83.
Niderland – Polşa 1:1
Qollar: Dumfris, 28 – Kaş, 80.
Xallar: Niderland – 7. Polşa – 7. Finlandiya – 7. Litva – 3. Malta – 2.
J qrupu
Qazaxıstan – Uels 0:1
Qol: K.Mur, 24.
Lixtenşteyn – Belçika 0:6
Qollar: De Kuyper, 29. Tilemans, 46; 70-pen. Teate, 60. De Bröyne, 62. Fofana, 90+1.
Xallar: Uels – 10. Şimali Makedoniya – 8. Belçika – 7. Qazaxıstan – 3. Lixtenşteyn – 0.
E qrupu
Gürcüstan – Türkiyə 2:3
Qollar: Z.Davitaşvili, 63. K.Kvaratsxeliya, 90+8 – M.Müldür, 3. K.Aktürkoğlu, 41; 52.
Bolqarıstan – İspaniya 0:3
Qollar: Oyarzabal, 5. Kukurelya, 30. Merino, 38.
Xallar: İspaniya – 3. Türkiyə – 3. Gürcüstan – 0. Bolqarıstan – 0.