"Səbail"İn yeni transferi Matiya Lyuyiç "Zirə" ilə oyunda həm yeni klubunda,həm də Azərbaycan çempionatında debüt elədi.

Lakin Rekord.az xəbər verir ki, serbiyalı oyunçu əslində bu oyunda oynamamalı idi.

Baş məşqçi Şahin Diniyev onun adını ehtiyat oyunçular skamyasna ona görə salmışdı ki, ehtiyat oyunçular skamyasında oturub ab-havanı hiss eləsin. Lakin ikinci hissəsnin gedişində "Zirə"nin təzyiqi artırması, "Səbail"in orta xəttində oynayan futbolçuların isə yorulması Diniyevi qərarını dəyişməyə və Lyuyiçi meydançaya buraxmağa məcbur edib.