"Səbail"in rəhbərliyi dəyişə bilər
- 09 Fev 2023 13:00
- 951
"Səbail" klubunda rəhbər dəyişikliyi ola bilər.
Rekord.az xəbər verir ki, klubun əsas sponsoru "Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) olsa da, yarandığı gündən bu yana idarəçiliyə AFFA nəzarət edir.
Hazırda klubun icraçı direktoru olan və prezident dərəcəsində səlahiyyətə sahib olan Fərəc Əliyev də daha çox federasiyanın adamı sayılır. Lakin əldə etdiyimiz məlumata görə, ASCO rəhbərliyi nöbəti mövsümdən kluba daha ciddi və daha yaxından nəzarət etməyi düşünür. Bu səbəbdən də rəhbər postlarda ciddi dəyişikliklər etmək istəyirlər. Düzdür, AFFA bu işə rahatlıqla qol qoyan deyil. Amma ASCO rəhbərliyinin də idarəçilikdə əsas söz sahibi olmaq istəyinin ciddi olduğu deyilir.