"Səbail"in İdarə Heyətinin üzvləri açıqlanıb
- 19:00
- 32
"Səbail" futbol klubunun İdarə Heyətinin üzvləri açıqlanıb.
Rekord.az xəbər verir ki, bu, klubun yeni İdarə Heyəti ilə təqdimat mərasimində gerçəkləşib.
Mirzə Bayrampur İdarə Heyətinin rəhbəri kimi təqdim edilib. Amin Məmmədov və Sərxan İbrahimov isə İdarə Heyətinin üzvləri kimi fəaliyyət göstərəcəklər.
Tədbirdə "Səbail"in 2026/2027 mövsümündə istifadə edəcəyi yeni oyun formaları da təqdimat edilib. Azərbaycan I Liqasında mübarizə aparacaq Bakı təmsilçisinin yeni mövsüm üçün hazırlanan formaları ağ və yaşıl rənglərdən ibarətdir.
Qeyd edək ki, "Səbail" ötən mövsüm I Liqanı 50 xalla üçüncü pillədə başa vurub.