
"Səbail"in futbolçusu ölkə xaricinə yollana bilər
- 15 Noy 2022 14:00
- 509
"Səbail"in müdafiəçisi Turan Manafov yenidən ölkə xaricinə yollanmağa hazırlaşır.
Rekord.az xəbər verir ki, müdafiəçiyə Polşadan təklif gəlib.
"Vidzev" Manafovu qışda heyətinə qatmaq niyyətindədir.
Polşa yüksək liqasında mübarizə aparan Lodz təmsilçisi bunun üçün danışıqlara başlayıb.
Xatırladaq ki, Turan bir müddət əvvəl “Olimpiakos”dan (Volos) maddi məsələlərə görə ayrılaraq "Səbail"ə qayıtmışdı.