1-ci Liqada 24-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Baku Sportinq” – “Difai” matçında qalib müəyyənləşməyib. “Səbail” isə “Cəbrayıl”a 6 cavabsız qol vurub.

Daha öncə “Şəfa” – “Şimal” matçı qolsuz bitib, MOİK “Şahdağ Qusar”a (0:1) uduzub, “Mingəçevir” “Zaqatala”ya (7:1) qalib gəlib.

1-ci Liqa
24-cü tur

30 aprel

“Baku Sportinq” – “Difai” 1:1
Qollar: Rubin Seyidov, 32 - Kristian Kamta, 80.

“Səbail” – “Cəbrayıl” 6:0
Qollar: Afonso Almeyda, 12. Fəxri Məmmədli, 25. Rəşad Həsənov, 32-öz qapısına. Ruslan Voronsov, 84. Qurban Səfərov, 87. Roman Hüseynov, 89.