“Səbail” klubu daha bir futbolçunun transferini açıqlayıb.

Rekord.az kluba istinadən xəbər verir ki, Bahadur Həziyev heyətə cəlb olunub.

Bakılılar birinci diviziona düşən “Şamaxı”nın yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıblar. 24 yaşlı futbolçu 2020/2021 mövsümündə də “Səbail”in formasını geyinib.

“Səbail” yay fasiləsində buna qədər Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev və Coşqun Diniyevin də transferini açıqlayıb.