"Zirə" üzərində 2:0-lıq qələbə qazanan "Səbail" rəhbərliyi futbolçuların bu əməyini qiymətləndirməyə qərar verib.

Rekord.az xəbər verir ki, futbolçular bu qələbəyə görə pul mükafatı alacaq.

Hər futbolçuya 1000 manat nəzərdə tutulub və vəsait gələn həftəyə kimi, futbolçuların hesabına köçürüləcək.