"Səbail" legioner futbolçu transfer edib.


Rekord.az xəbər verir ki, "dənizçilər" son olaraq Kosovonun "Dukagini" klubunda çıxış etmiş iranlı hücumçu Ali Babaei ilə anlaşıb.


24 yaşlı futbolçunun müqaviləsinin müddəti 1 illikdir.


"Səbail" ötən mövsüm Premyer Liqada 22 xalla sonuncu yeri tutaraq 1-ci Liqaya yollanıb.