Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Səbail” daha bir futbolçunun keçidini həll edib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi cənubi afrikalı futbolçu Hendrik Eksteynlə müqavilə bağlayıb.

Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. 29 yaşlı yarımmüdafiəçi yeni komandasında 27 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Eksteyn bu mövsümün əvvəlində “Sabah”a gəlsə də, bu komandada möhkəmlənə bilməmişdi. O, daha öncə karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.