
"Səbail" "Şamaxı" ilə oyuna ciddi itki ilə çıxacaq
- 30 Apr 2022 13:00
- 545
Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində Şamaxıya səfər edəcək "Səbail" ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Adil Nağıyev bu oyunda komandasına kömək edə bilməyəcək.
Buna səbəb müdafiəçinin "Neftçi" ilə 24-cü tur matçında sarı vərəqə alaraq limiti aşması və cəzalı duruma düşməsi olub.