
"Səbail" Şahin Diniyevdən əvvəl Sxadadze ilə danışıq aparıb ÖZƏL!
- 17 Fev 2023 13:00
- 606
Məlum olduğu kimi, Mahmud Qurbanovla yolları ayıran "Səbail" Şahin Diniyevi baş məşqçi postuna gətirdi.
Rekord.az-ın əldə etdiyi məlumata görə, sən demə, Bayıl təmsilçisinin hədəfində ilk əvvəl başqa məşqçi olub.
Belə ki, "Səbail" gürcü məşqçi Kaxaber Sxadadze ilə danışıqlar aparıb. Deyilənə görə, bu işdə əsas təşəbbüskar klubun icraçı direktoru Fərəc Əliyev olub. Hansı ki, hələ "İnter"in dönəmindən bu şəxslər arasında tanışlıq var idi. Lakin Kaxanın yüksək maaş istəyi keçidin baş tutmasına imkan verməmişdi.