Misli Premyer Liqasının 29-cu turu çərçivəsində "Sabah"ı qəbul edəcək "Səbail" oyuna ciddi itki ilə çıxacaq.

Rekord.az xəbər verir ki, Bayıl təmsilçisinin aparıcı müdafiəçilərindən olan Adil Nağıyev bu qarşılaşmadca forma geyinməyəcək.

Buna səbəb onun sarı vərəqə limitini aşmasıdır.