
"Səbail" problemlə üzləşib
- 28 Mar 2023 15:00
- 607
"Səbail" növbəti mövsümlə bağlı plan qurmaqda çətinlik çəkir.
Rekord.az xəbər verir ki, klub bir sıra futbolçuları növbəti mövsüm üçün heyətinə qatmaq istəsə də, problemlə üzləşib.
Çünki Bayıl təmsilçisi hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Yəni Premyer Liqanı tərk etməyə real namizəddir. Bu mənada heç kim bu klubla danışıq aparıb razılıq əldə etməyə risk etmir. Çünki komanda elitanı tərk etsə, həmin futbolçu yenidən özünə klub axtarmalı olacaq.