
"Səbail" mövsümün sonunda bu futbolçu ilə yolları ayıracaq
- 17 Fev 2023 14:00
- 576
Şahin Diniyevin gəlişindən sonra "Səbail"in heyətində bir neçə futbolçu var ki, yeni baş məşqçi onları gələcək planlarına daxil etməyəcək.
Rekord.az xəbər verir ki, bu futbolçulardan biri də Tural Bayramlıdır.
Diniyevin gəlişindən sonra əsas heyətdən kənar düşən futbolçu hazırda əvəzedici komandanın düşərgəsindəri. "Səbail-2"nin heyətində məşq edib I Divizion oyunlarına çıxan Bayramlı mövsümün sonunda "Səbail"i birdəfəlik tərk edəcək.