Növbəri mövsüm “Səbail”də legioner futbolçu olub-olmayacağı ilə bağlı qərar aprel ayında veriləcək.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik növbəti mövsümdən daha çox yerli gənclərə güvənməyi düşünür.

Onların sırasında legionerlərin olub-olmayacağı isə müzakirə mövzusudur. Baş məşqçi Aftandil Hacıyev yerli futbolçu qıtlığını əsas gətirərək, ən azı 3 legionerin olmasını istəyib. Rəhbərlik isə hər şeyin büdcədən asılıolacağını bildirib. Yekun qərarın isə aprelin sonlarına doğru veriləcəyi gözlənilir.