Şahin Diniyevin gəlişindən sonra daha iddialı olmağı qarşısına məqsəd qoyan "Səbail" indidən növbəti mövsümün planlarını cızır.

Rekord.az-a daxil olan məlumata görə, Bayıl təmsilçisinin qaraladığı futbolçulardan biri də "Kəpəz"dən Ayzayadır.

"Səbail" bu futbolçunu transfer etməklə orta və ön xəttini daha da gücləndirməyi düşünür.