Yayılan məlumatlara görə, ötən gün "Səbail"lə "Cəbrayıl" arasında keçirilməli olan yoxlama görüşü baş tutmayıb.

Rekord.az xəbər verir ki, buna səbəb kimi "Səbail"in oyuna gənc və təcrübəsiz futbolçularla çıxması olub.

"Cəbrayıl" bunu hörmətsizlik kimi qəbul edib, hətta tərəflər arasında əməlli-başlı mübahisə düşüb. Yeklunda Cəbrayıl təmsilçisinin rəhbərliyi futbolçularını meydançadan çıxardıb. Biz isə məsələyə münasibət öyrənmək üçün "Səbail"in baş məşqçisi Elvin Məmmədovla əlaqə saxladıq. Məmmədovun deyilənlərə münasibəti belə oldu: "Boş söhbətdi. Düzdür, oyun baş tutmadı, amma buna səbəb hansısa dava-dalaş olmadı. Sadəcə, anlaşılmamazlıq oldu və hər iki tərəf belə qərara gəldi ki, oyun olmasın".