Zaman-zaman "Səbail"in növbəti mövsümdən hansısa bölgəyə köçürüləcəyinə dair məlumatlar yayılır.

Rekord.az-ın əldə etdiyi məlumata görə, klub Bakıdan ayrılmayacaq.

Əksinə, növbəti mövvsüm üçün sırf Bayıl təmsilçisi kimi, ciddi planlar var. Komanda Premyer Liqada qalacağı halda, rəhbərlik büdcəni bir qədər də artırıb növbəti mövsümdən medallar uğurunda mübarizə aparmağı hədəfləyib.