“Səbail”in bu mövsüm hansı nəticəni göstərməsindən asılı olmayaraq, baş məşqçi postunda dəyişiklik olmayacaq.

Rekord.az-a daxil olan məlumata görə, növbəti mövsümdə də komandanın başında Aftandil Hacıyev olacaq.

Qeyd edək ki, “Səbail” hazırda 18 xalla 6-cı pillədə qərarlaşıb və avrokuboklara vəsiqə verən 4-cü pillədən 7 xal geri qalır.