“Santos” baş məşqçisiz qaldı
- 16:40
- 28
Heyətində Neymarın da yer aldığı Braziliyanın "Santos" klubu baş məşqçi Xuan Pablo Voyvodanı istefaya göndərib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, istefaya səbəb komandanın Braziliya çempionatındakı uğursuz çıxışı olub.
Hazırda "Santos" 7 turdan sonra topladığı 6 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Voyvoda "Santos"a 2025-ci ilin avqustundan rəhbərlik edirdi. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin dekabrına qədər nəzərdə tutulmuşdu.