“Şanslardan yararlanmayanda səni cəzalandırırlar”
- 09 Dek 2025 23:21
- 25
“İmişli”nin baş məqşçisi Xorxe Kaskilya bu gün Misli Premyer Liqasının 14-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Sumqayıt" birinci hissədə daha üstün futbol oynadı. Fasilədən sonra taktiki dəyişiklərə getdik. Bu da 2-ci hissədə özünü göstərirdi. Daha güclü oynamağa başlamışdıq. Qol epizodlarımız çox idi. Juninyonun epizodunda qola çox yaxın idik. Amma alınmadı. Futbol elə oyundur ki, şanslardan yararlanmayanda səni cəzalandırırlar. Qoldan sonra hesabı bərabərləşdirə bilərdik.
Mən məşqçi kimi fərq qoymuram, futbolçum əcnəbidir, ya yerli. Bu mənim üçün çox da əhəmiyyət daşımır. Hansı oyunçu özünü daha yaxşı göstərir, o da əsas heyətdə yerini alır.
Biz məşqlərdə penalti epizodunu çalışırıq. Amma oyun zamanı bunu reallaşdırmaq bir qədər çətin və fərqli olur”.