“Beşiktaş” heyətinə daha bir futbolçu cəlb edib.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi Qambiya yığmasının və İtaliyanın “Sampdoriya” klubunun müdafiəçisi Omar Kolli ilə güclənib.

30 yaşlı mərkəz müdafiəçisi ilə 2.5+1 illik müqavilə imzalanıb. Türklər bu transfer üçün İtaliya klubuna 2.3 milyon avro ödəyiblər.

Kolli 2018-ci ildən oynadığı “Sampdoriya”da 136 oyuna 3 qol vurub. O, “Genk”, “Yurqorden”, “KuPS”, “Real” (Banjul) və “Uollidan” kimi klubların da formasını geyinib, Qambiya yığmasında 41 matç keçirib.