
Samir Əliyev millinin baş məşqçisi oldu
- 02 Fev 2022 16:13
- 561
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Samir Əliyev olacaq.
Rekord.az-ın xəbərinə görə, bu haqda məlumatı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov verib.
“Əsasnaməyə uyğun olaraq, yarışda 1998-ci il təvəllüdlü futbolçular iştirak edəcək. Həmçinin 3 təcrübəli oyunçu da olacaq”.
Türkiyənin Konya şəhərində təşkil olunacaq yarış avqusta başlanacaq. Futbol millisinin yarışa hazırlığına isə mart ayında start veriləcək: “Vaxt məsələsini də nəzərə almalıyıq. Həm çempionatın növbəti mövsümü, həm də avrokuboklarda iştirak edəcək komandalarımızın avqustda oyunları keçiriləcək. Bu mənada bir az çətinliklər ola bilər”.